AZEN
Daxil ol
Saytlar üçün canlı çat

Ziyarətçilər saytınızda yazır, komandanız bir yerdən cavab verir.

Bir kod parçası ilə saytınıza çat vidceti əlavə edin. Bütün söhbətlər ortaq gələnlər qutusuna düşür: orada cavab yazır, komanda üçün qeyd qoyur və söhbəti bağlayırsınız. İstəsəniz, süni intellekt köməkçisi də öz API açarınızla cavab verə bilər.

Bizə yazın

Demo çatda heç kim növbədə deyil: avtomatik cavab alacaqsınız, mesajınızı isə heç kim oxumayacaq. Real e-poçt ünvanınızı yazmağınıza ehtiyac yoxdur. Vidcet hazırda ingilis dilindədir.

Qeydiyyat hələ açıq deyil. Bizə yazın, iş sahənizi biz yaradaq.

Komandanın gələnlər qutusu. İdarəetmə paneli hazırda ingilis dilindədir.

İmkanlar

Aşağıdakıların hamısı bu gün işləyir. Hələ hazır olmayanı burada yazmırıq.

Canlı çat

Ziyarətçi e-poçtunu yazıb mesaj göndərir, cavabınız eyni pəncərədə gəlir. Şəkillər hər iki tərəfə göndərilir, qayıdanda söhbət yerində qalır.

Öz açarınızla süni intellekt köməkçisi

OpenRouter və ya Groq açarınızı əlavə edin. Köməkçi ya ziyarətçiyə özü cavab verir, ya da agentlərə cavab təklif edir. Ziyarətçi istədiyi an operatorla danışmağı seçə bilər, ilk insan cavabından sonra söhbət komandaya keçir.

«Yazır…» göstəricisi

Ziyarətçi yazanda agentlər bunu görür. Agentlərin yazdığının ziyarətçiyə görünüb-görünməyəcəyini iş sahəsinin ayarlarında seçirsiniz.

Oxunma qəbzləri

Hər cavabınızın yanında görünür: göndərildi, çatdırıldı, oxundu. Ziyarətçi isə sizin onun mesajını nə vaxt oxuduğunuzu görmür. "Oxundu" yalnız ziyarətçi mesajı həqiqətən ekranda görəndə yanır.

Daxili qeydlər

Söhbətin içində komanda üçün qeyd yazın. Qeydlər sarı fonda görünür və ziyarətçiyə heç vaxt getmir.

Hazır cavablar

Tez-tez verdiyiniz cavabları bir dəfə yazın. Sonra cavab sahəsində «/» yazıb istədiyinizi seçin.

Axtarış

Bütün söhbətlərdə axtarın və ya açıq söhbətin içində lazım olan sözü tapın.

Komanda rolları

Sahib, admin, agent və müşahidəçi. Müşahidəçi söhbətləri oxuyur, amma cavab yazmır və plandakı yerlərdən birini tutmur.

Sayt üzrə giriş

Bir neçə saytınız varsa, hər agentin hansı saytların söhbətlərini görəcəyini seçin.

Necə işləyir

  1. 1

    Kodu əlavə edin

    İki sətirlik kodu </body> teqindən əvvəl yerləşdirin. Vidcet səhifəniz yükləndikdən sonra işə düşür və saytınızın stillərinə toxunmur.

  2. 2

    Ziyarətçi yazır

    E-poçtunu, istəsə adını da yazır və mesaj göndərir. Söhbət panelə «Pending» (gözləyən) kimi düşür.

  3. 3

    Komandanız cavab verir

    Söhbəti öz üzərinizə götürün, cavab yazın, sonra həll olunmuş kimi bağlayın. Ziyarətçi cavabı dərhal vidcetdə görür.

index.html
<script>window.NEXA_WEBSITE_ID = "00000000-0000-0000-0000-000000000000";</script>
<script src="https://nexa-widget.pages.dev/widget.js" defer></script>

Yuxarıdakı identifikator sıfırlardan ibarətdir və real deyil. Öz saytınızın identifikatorunu idarəetmə panelində Settings › Websites bölməsindən götürün. Vidcetin rəngi, işıqlı və ya qaranlıq teması və düymənin hansı küncdə olacağı da orada seçilir.

Təhlükəsizlik və məxfilik

Necə qurulduğunu qısaca izah edirik.

Hər iş sahəsi ayrıdır

Məlumatlar verilənlər bazasında sətir səviyyəsində təhlükəsizlik (RLS) qaydaları ilə ayrılır: bir iş sahəsi digərinin söhbətlərini görə bilməz, ziyarətçi isə yalnız öz söhbətini görür.

Şəkillər gizli saxlanılır

Göndərilən şəkillər açıq keçidlə deyil, gizli yaddaşda saxlanılır və yalnız qısa müddətli imzalı keçidlə açılır.

Oxunma məlumatı bir tərəflidir

Siz ziyarətçinin cavabınızı gördüyünü bilirsiniz, ziyarətçi isə sizin onun mesajını nə vaxt oxuduğunuzu bilmir. Bu məlumat sadəcə interfeysdə gizlədilmir: server onu ümumiyyətlə ötürmür.

Süni intellekt açarınız serverdə qalır

API açarı şifrələnmiş şəkildə saxlanılır və daxil edildikdən sonra bir daha brauzerə qaytarılmır. Panel yalnız son dörd simvolu göstərir, onu da yalnız sahib və adminlərə.

Planlar

Qiymətlər üçün bizə yazın. Söhbətlərin sayı heç bir planda məhdud deyil, bütün imkanlar hər planda var: planlar yalnız aşağıdakı limitlərlə fərqlənir.

Free

Qiymət: bizə yazın

  • 2 istifadəçi yeri
  • 1 sayt
  • 25 hazır cavab
  • Gündə 100 süni intellekt sorğusu
Bizə yazın

Starter

Qiymət: bizə yazın

  • 5 istifadəçi yeri
  • 3 sayt
  • 200 hazır cavab
  • Gündə 1 000 süni intellekt sorğusu
Bizə yazın

Business

Qiymət: bizə yazın

  • 25 istifadəçi yeri
  • 20 sayt
  • 500 hazır cavab
  • Gündə 5 000 süni intellekt sorğusu
Bizə yazın

Müşahidəçilər bütün planlarda pulsuzdur və yer tutmur. Süni intellekt sorğuları sizin öz açarınızla işləyir, plan yalnız gündəlik sayını məhdudlaşdırır.

Tez-tez verilən suallar

Necə başlaya bilərəm?

Özünüz qeydiyyatdan keçmək hələ mümkün deyil. support@nexa.az ünvanına yazın: iş sahənizi yaradıb sizə dəvət göndərəcəyik.

Süni intellekt köməkçisi neçəyə başa gəlir?

Nexa modeli özü satmır: OpenRouter və ya Groq açarınızı əlavə edirsiniz və xərc həmin hesabınıza yazılır. Planınız yalnız gündəlik sorğu sayını məhdudlaşdırır.

Ziyarətçi onun mesajını oxuduğumu görürmü?

Xeyr. Oxunma məlumatı yalnız komandanız üçündür.

Vidcet saytımı yavaşladırmı?

Vidcet sıxılmış halda 100 KB-dan azdır, səhifəniz yükləndikdən sonra işə düşür və ayrıca izolyasiya olunmuş blokda işləyir, ona görə sizin stillərinizlə qarışmır.

Hansı saytlarda işləyir?

HTML koduna skript əlavə edə bildiyiniz istənilən saytda.

Vidcet və panel hansı dildədir?

Hazırda vidcet də, idarəetmə paneli də ingilis dilindədir.